HƏMAS-a qarşı mübarizədə bütün dünya birləşməlidir - Netanyahu

 15:29 23.10.2023     327

İsrailin baş naziri Binyamin Netanyahu gərginləşən Fələstin-İsrail münaqişəsi fonunda həmrəylik səfərinə gələn yunan həmkarı Kiriakos Mitsotakisi Tel-Əvivdə qəbul edib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, yəhudi dövlətinin baş naziri Fələstinin HƏMAS radikal təşkilatına qarşı mübarizədə bütün dünyanın İsrail ətrafında birləşməli olduğunu bildirib.

İsrail hökumətinin başçısı bir daha HƏMAS tərəfdarlarının hərəkətlərini İŞİD terrorçularının hücumları ilə müqayisə edib və onlara qarşı mübarizədə qüvvələrin birləşdirilməsinin vacibliyini vurğulayıb.

NƏRGİZ