Ermənistan və İran yol rüsumlarını ləğv edirlər

 15:42 23.10.2023     302

Ermənistan və İran yol vergilərini ləğv etmək barədə razılığa gəldilər.

Redaktor.az verelq.am-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan məlumat verib.

"Biz İranın yollar və şəhərsalma naziri Mehrdad Bəzrpaş ilə razılaşdıq ki, yaxın gələcəkdə ölkələrimiz arasında yol rüsumları tamamilə sıfırlanacaq. Bu, ciddi iqtisadi effekt əldə etmək imkanı yarada biləcək mühüm sazişdir. Rüsumların ləğvi yükdaşımaları və tranzit potensialını artırmağa kömək etməlidir”, - Sanosyan bildirib.

Qeyd edək ki, bundan əvvəl İran və Ermənistan Şimal-Cənub yol dəhlizinin investisiya proqramı çərçivəsində Aqarak-Kacaran  yolunun 32 km-lik hissəsinin tikintisinə dair saziş imzalayıblar.

NƏRGİZ