Puqaçova İsraildən Kiprə qaçdı

 16:42 23.10.2023     367

Alla Puqaçova uşaqları ilə birlikdə İsraili tərk edib.

Redaktor.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkədəki müharibə vəziyyətinə görə o, uşaqları ilə birlikdə Kipr pasportlarından istifadə etmək qərarına gəlib.

Puqaçova 2017-ci ildə orada villa aldıqdan sonra Kipr vətəndaşlığını alıb.

Xatırladaq ki, müğənni Rusiya-Ukrayna müharibəsi başlayandan dərhal sonra ailəsi ilə birlikdə İsrailə köçüb. O, Rusiya hakimiyyətini tənqid etdiyinə görə xarici agentlər siyahısına əlavə edilib.

NƏRGİZ