Ermənistanın müdafiə naziri fransalı həmkarı ilə görüşdü
Ermənistanın müdafiə naziri Suren Papikyanla fransalı həmkarı Sebastyan Lekornu görüşüb.
Redaktor.az xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, tərəflər Ermənistana silah tədarükü məsələsini müzakirə ediblər. Həmin silahlarla Ermənistanın dövlət sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur.