Hakan Fidan və Sergey Lavrov artıq İrandadır

 17:31 23.10.2023     258

Türkiyənin xarici işlər naziri Hakan Fidan və Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın paytaxtı Tehrandadır.

Redaktor.az xəbər verir ki, nazirlər Tehranda "3+3" formatında görüşdə iştirak edəcək.

Qeyd edək ki, bu gün Tehranda "3+3" formatında XİN başçılarının görüşü keçirələcək. Azərbaycanın və Rusiyanın xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov da "3+3" formatında görüşdə iştirak etmək üçün Tehrandadır.

Xatırladaq ki, Ermənistan XİN də bu görüşdə iştiraka razılıq verib.

Xarici işlər nazirləri səviyyəsində keçiriləcək iclasda Cənubi Qafqaz üzrə məsələlərin araşdırılması, regional əməkdaşlığın (siyasi, iqtisadi, təhlükəsizlik, tranzit, enerji və sairə) inkişaf etdirilməsi müzakirə olunacaq.

"3+3" formatında keçirilən iclasın əsas məqsədlərindən region problemlərinin regiondan kənar ölkələrin iştirakı olmadan və bölgə ölkələrinin iştirakı ilə həll olunması, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının həyata keçirilməsini xüsusi qeyd etmək olar.

“3+3” formatında ilk iclas ötən il Gürcüstanın iştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada keçirilib.