Krım körpüsünə hücum olacaq - "Vaşinqton Post"

 18:00 23.10.2023     267

Ukrayna Krım körpüsündə terror aktı da daxil olmaqla bəzi planları barədə Kiyevdəki Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşlarını məlumatlandırıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” Amerika və Ukrayna kəşfiyyat rəsmilərinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşlarına Rusiya Federasiyasına zərbə endirmək üçün bəzi planlar barədə məlumat verilib. Və bəzi hallarda, məsələn, Kerç körpüsünü partlatmaq planı ilə bağlı Amerika rəsmiləri "narahatlıqlarını ifadə ediblər".

Ukrayna xüsusi xidmət orqanlarının nümayəndəsi qeyd edib ki, bəzi hallarda Kiyev ABŞ-ı öz planları barədə məlumatlandırarkən, Amerika tərəfinin belə əməliyyatlarda iştirak etmək istəmədiyi barədə qısa cavab alıb.