Kanadanın XİN başçısı İrəvana gəlir
Kanada xarici işlər naziri Melani Coli Ermənistana səfər edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, o, oktyabrın 25-dən 27-dək Ermənistanda səfərdə olacaq.
Coli ermənistanlı həmkarı Ararat Mirzoyan, Ermənistanın Baş naziri Nikol Paşinyan və Ermənistan Prezidenti Vahaqn Xaçaturyan ilə görüşəcək.
Nazir, həmçinin Kanadanın Ermənistandakı səfirliyinin açılışında iştirak edəcək.