Ağ Ev ABŞ hərbi müşavirlərinin İsrailə göndərildiyini təsdiqlədi

 23:44 23.10.2023     252

ABŞ İsrailə hərbi müşavirlərini göndərib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi təsdiqləyib.

“Sizə deyə bilərəm ki, müvafiq təcrübəyə malik bir neçə zabit İsrailə öz nöqteyi-nəzərilərini bölüşmək üçün gedirlər" 

- Ağ Evin sözçüsü bildirib.

O, amerikalı generallardan birinin İsrailə göndərilməsi ilə bağlı məlumatı şərh etmək istəyinə cavab verib.

Kirbi İsrailə göndərilən ABŞ hərbi məsləhətçilərinin sayını dəqiqləşdirməkdən imtina edib. "Bir neçə. Bir neçə" - o, deyib.

Turan İSMAYIL