"İsrail və Ukraynaya hərbi yardımla bağlı müraciətlər üst-üstə düşmür"

 23:53 23.10.2023     255

ABŞ-ın İsrail və Ukraynadan aldığı hərbi yardım müraciətləri praktiki olaraq üst-üstə düşmür.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

"Ümumiyyətlə, İsrail və Ukraynanın tələb və ehtiyacları arasında çox az üst-üstə düşür. Üst-üstə düşən yerdə biz hər iki ölkəni müdafiə etmək üçün lazım olan hər şeyi təmin etmək üçün əlimizdən gələni edəcəyik", - o deyib.

Eyni zamanda, Miller vurğulayıb ki, Amerika administrasiyası Konqresə ABŞ Prezidenti Co Baydenin Ukrayna və İsrailə təxminən 106 milyard dollar məbləğində əlavə hərbi və digər yardım göstərmək tələbini təsdiqləməlidir. Bunun 61,4 milyard dollarını Ukraynaya, 14,3 milyard dolları isə İsrailə ayırmaq təklif olunur.

Turan İSMAYIL