ABŞ İranı ittiham etdi

 09:42 24.10.2023     263

ABŞ prezidenti Co Bayden administrasiyası İranı Yaxın Şərqdə yerləşən ABŞ bazalarına hücumlar təşkil etməkdə, həmçinin Fələstin-İsrail münaqişəsini qızışdırmaqda ittiham edir. 

Redaktor.az xəbər verir ki, bu barədə “The New York Post” (NYP) prezident aparatının və Pentaqonun yüksək vəzifəli rəsmilərinə istinadən məlumat yayıb.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib ki, biz regiondakı maraqlarımıza qarşı heç bir təhlükənin cəzasız qalmasına imkan verməyəcəyik.

Onun sözlərinə görə, İran ABŞ-ı birbaşa münaqişəyə sürükləməyə çalışan inkar siyasətinə sadiqdir.

Pentaqonun sözçüsü general Patrik Rayderin qeyd edib ki, Vaşinqton regional münaqişəni gərginləşdirməyə çalışmır, lakin ABŞ ordusuna hücum etmək üçün vəkil serverlərdən istifadə edən Tehranın hərəkətlərinə cavab vermək üçün “heç bir tərəddüd etmədən” bu ssenariyə hazır olacaq.

Həmidə İBRAHİMLİ