Ukrayna ordusu rusların buraxdığı bütün PUA-ları MƏHV ETDİ

 10:12 24.10.2023     315

Ukraynanın hava hücumundan müdafiəsi Rusiya qoşunlarının oktyabrın 24-nə keçən gecə Krımdan Ukrayna ərazisinə buraxdığı bütün kamikadze pilotsuz təyyarələri vurub.

Redaktor.az xəbər verir ki, bu barədə RBC-Ukrayna Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb.

Belə ki, hərbçilərin məlumatına görə, 2023-cü il oktyabrın 24-nə keçən gecə işğalçılar cənub istiqamətindən altı ədəd "Şahed" tipli PUA ilə hücuma keçiblər.

“Hücum edən 6 pilotsuz təyyarənin hamısı hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib”, - bəyanatda deyilir.

O cümlədən, Rusiya hədəflərinin məhv edilməsi üçün döyüş təyyarələri, zenit-raket bölmələri və mobil atəş qruplarından istifadə edilib. Pilotsuz təyyarələr Xmelnitski, Vinnitsa və Nikolayev vilayətləri daxilində vurulub.

Turan İSMAYIL