Fransa Ermənistana Ukraynaya tədarük etdiyi raketlərdən verir

 10:48 24.10.2023     237

Fransa Ermənistana hava hücumundan müdafiə imkanlarını təkmilləşdirməyə kömək edir.

Redaktor.az "Hraparak"a istinadən xəbər verir ki, bunu Fransanın Silahlı Qüvvələr naziri Sebastyan Lekorn bildirib.

Qeyd olunur ki, iki ölkənin nazirləri Fransanın Ukraynaya tədarük etdiyi 3 ədəd “Thales GM 200” raketlərinin satışına, həmçinin Fransanın hava hücumundan müdafiəsi üçün qısa mənzilli “Mistral” raketlərinin gələcək tədarükünə dair anlaşma memorandumu imzalayıblar. 

Lekornu bəyan edib ki, Fransa quru qoşunlarının hazırlanmasında Ermənistana kömək edəcək və ölkənin silahlı qüvvələrinin islahatları və modernləşdirilməsi üzrə səylərini dəstəkləyəcək.

NƏRGİZ