İsraildə ali məktəblər bu vaxtadək bağlı qalacaq

 13:56 24.10.2023     218

İsraildə ali təhsil müəssisələrində tədris 2023-cü il dekabrın 3-dək təxirə salınıb.

Redaktor.az xəbər verir ki, məlumatı İsrail KİV-i yayıb.

Qeyd edək ki, bir müddət əvvəl universitetlərdə tədris ilinin noyabrın 5-də başlayacağına dair məlumat yayılmışdı.

Xatırladaq ki, İsraildə ali təhsil müəssisələrində yeni tədris ili oktyabrın 15-də başlamalı idi. HƏMAS-İsrail müharibəsi səbəbindən təhsil təxirə salınmışdı.