"Rusiyada prezident seçkiləri hər bir halda keçiriləcək"

 14:12 24.10.2023     276

“Rusiyada prezident seçkiləri yaxınlaşır. Seçkilər istənilən halda keçiriləcək”.

Redaktor.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov oktyabrın 24-də jurnalistlərə açıqlamasında deyib.

D.Peskov Ukrayna müharibəsi ilə bağlı sualı da cavablandırıb. O bildirib ki, Rusiya kəşfiyyat xidmətləri ABŞ və Böyük Britaniyanın Ukrayna kəşfiyyatına nəzarət etdiyi barədə məlumatlara malikdir.

Kreml sözçüsü həmçinin kollektiv Qərbin döyüş sursatlarının məhdud olduğuna və tükənəcəyinə diqqət çəkib.

O qeyd edib ki, Rusiya uzun müddətdir sanksiya rejimində yaşadığına görə artıq buna uyğunlaşıb.

D.Peskov Prezident Vladimir Putinin bu gün bir sıra telefon danışıqları keçirəcəyini də söyləyib.