"Putinlə hər şey yaxşıdır, bu, tamamilə bir uydurmadır” - Peskov
Kremlin mətbuat katibi Dmitri Peskov Prezident Vladimir Putinin səhhətindəki problemlər barədə yayılan xəbərləri təkzib edib.
Redaktor.az bu barədə vesti.ru-ya istinadla xəbər verir.
Onun sözlərinə görə, bütün bunlar uydurmadır: "Onunla hər şey yaxşıdır, bu, tamamilə bir uydurmadır”, - Peskov bildirib.
Qeyd edək ki, ötən gün bir sıra xarici media orqanları Putinin ürəyində problem olduğunu iddia etmişdilər.
NƏRGİZ