Putinin oxşarı var? - Kremldən AÇIQLAMA

 15:08 24.10.2023     306

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçısı Vladimir Putinin oxşarı olması ilə bağlı məlumatları təkzib edib.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, o, bu cür bəyanatların Kremldə ancaq gülüşə səbəb olduğunu söyləyib.

"Xeyr. Heç bir oxşar yoxdur. Bu, bir sıra KİV-lər tərəfindən inadla müzakirə olunan absurd informasiya şayiələri kateqoriyasına aiddir. Əlbəttə ki, bu, təbəssümdən başqa heç nəyə səbəb olmur", - deyə mətbuat katibi vurğulayıb.