Çinin maliyyə naziri də istefaya göndərildi

 16:24 24.10.2023     321

Çin parlamenti Şansi əyalətinin partiya komitəsinin katibi Lan Foanı ölkənin maliyyə naziri təyin edib.

Redaktor.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

“Liu Kun nazir vəzifəsindən kənarlaşdırılıb, onu bu postda Lan Foan əvəz edəcək”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, oktyabrın 20-24-ü tarixlərində XIV Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin altıncı sessiyası keçirilib. Bu qərar iclasın yekunları üzrə qəbul edilib.

Xatırladaq ki, Çinin müdafiə naziri Li Şanfu da tutduğu vəzifədən azad edilib.