Ermənistan prezidenti Brüsselə GETDİ
Ermənistanın prezidenti Vaaqn Xaçaturyan "Qlobal Gateway" (Qlobal Qapı) konfransında iştirak etmək üçün Brüsselə gedib.
Redaktor.az bu barədə news.am-a istinadən xəbər verir.
Məlumata görə, Vaaqn Xaçaturyan Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin dəvəti ilə oktyabrın 25-26-da keçiriləcək "Qlobal Gateway" konfransında iştirak etmək üçün Belçika Krallığına işgüzar səfərə gəlib.
Prezidentin səfər zamanı xarici həmkarları ilə görüşlər nəzərdə tutulub.
NƏRGİZ