Vladimir Nekrasov vəfat etdi

 17:39 24.10.2023     340

“LUKOIL” şirkətinin direktorlar şurasının rəhbəri Vladimir Nekrasov vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə vesti.ru məlumat yayıb.

“Lukoyl” PSC-nin direktorlar şurasının rəhbəri Vladimir Nekrasov 66 yaşında dünyasını dəyişib.

Ölümün səbəbi kəskin ürək çatışmazlığı olub.

Nekrasov IV dərəcəli “Vətənə xidmətə görə”, “Şərəf” ordeni və digər dövlət, idarə və ictimai mükafatlara layiq görülüb.

NƏRGİZ