Şimali Koreyanın Uqandadakı səfirliyi BAĞLANDI

 21:14 24.10.2023     353

Şimali Koreya Afrika ölkəsində 50 ilə yaxındır fəaliyyət göstərən Uqandadakı səfirliyini bağlayır.

Redaktor.az "TASS"a istinadla xəbər verir ki, bu barədə Uqanda prezidenti Yoveri Kaquta Museveni KXDR səfiri ilə görüşdən sonra məlumat verib.

Səfir prezidentə məlumat verib ki, KXDR öz işinin səmərəliliyini artırmaq üçün Afrikadakı, o cümlədən Uqandadakı səfirliklərinin sayını azaltmaq qərarına gəlib.

Şimali Koreya Uqanda ilə diplomatik əlaqələri 1962-ci ildə, Afrika ölkəsi müstəqillik əldə etdikdə qurub. 

Yusif EYVAZLI