Dağıstanda 4,8 bal gücündə zəlzələ BAŞ VERDİ

 22:23 24.10.2023     355

Dağıstanın Axtinski rayonunda 4,8 bal gücündə zəlzələ qeydə alınıb. 

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin respublika üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

“Rusiya Elmlər Akademiyasının Dağıstan geofizika xidmətinin növbətçi mütəxəssisindən alınan məlumata görə, Axtı kəndi yaxınlığında 4,8 bal gücündə seysmik hadisə qeydə alınıb”, - agentliyin həmsöhbəti bildirib.

Onun sözlərinə görə, tələfat və dağıntılar barədə məlumat yoxdur. 

Yusif EYVAZLI