İsrailli nazir bu şəxslərin edam olunmasını tələb etdi
İsrailin energetika naziri İsrael Kats çıxışında HƏMAS yaraqlılarını nasistlərlə müqayisə edib.
Redaktor.az xəbər verir ki, bu barədə Amerikanın “Times of Israel” qəzeti yazıb. Digər şeylərlə yanaşı, o, hərəkat üzvlərini hərbi məhkəmə yolu ilə nasist kimi mühakimə etməyi təklif etdi.
“İnanıram ki, HƏMAS yaraqlılarının törətdiyi hərəkətlər nasistlərin hərəkətlərindən heç də az qəddar olmayıb. Söhbət işgəncə, zorlama və əzaların kəsilməsindən gedir”, - Kats vurğulayıb.
Qəzetin yazdığına görə, Kats nasistləri mühakimə etmək üçün İsrail qanunlarına uyğun fəaliyyət göstərəcək bir məhkəmənin yaradılmasının tərəfdarıdır. Beləliklə, o, “terrorçuların ədalətli cəzalandırılmasına” nail olmaq istəyir.
“Əgər bu qanun qəbul olunarsa, bu, İsrail nümayəndələrinə hazırda həbsdə saxladıqları şəxsləri edam etməyə imkan verəcək”, – Kats əlavə edib.