Qəzzada həkimlər anesteziyasız əməliyyat keçirməyə məcburdurlar - Səfir

 09:39 25.10.2023     405

Oktyabrın 7-dən İsrailin virtual blokadası altında olan Qəzza zolağında vəziyyət kritik həddə çatıb, dərman çatışmazlığı səbəbindən həkimlər xəstəxanaların dəhlizlərində anesteziyasız əməliyyatlar etmək məcburiyyətində qalırlar.

Redaktor.az xəbər verir ki, bunu TASS-a Fələstinin Özbəkistan və Qırğızıstandakı səfiri doktor Cavad Avad deyib.

“Dərman çatışmazlığı həkimləri xəstəxana çarpayılarının olmaması səbəbindən birbaşa xəstəxanaların dəhlizlərində anesteziyasız əməliyyatlar aparmağa məcbur edir" - deyən səfir əlavə edib ki, Qəzza zolağındakı xəstəxanalar tez-tez raket hücumları üçün hədəf olur və oktyabrın 17-də axşam saatlarında Əl-Əhli xəstəxanasının ərazisinə raket zərbəsi endirdiyini, nəticədə Fələstin məlumatlarına görə 471 nəfərin öldüyünü, 342 nəfərin yaralandığını xatırladıb.

Diplomatın sözlərinə görə, hazırda Qəzza zolağında faktiki olaraq humanitar fəlakət başlayıb, elektrik təchizatı yoxdur, su, dərman, ərzaq və yanacaq yoxdur. “İsraillilər əslində Qəzzaya humanitar yardımın çatdırılmasına mane olurlar” - səfir deyib.

T.İSMAYIL