ABŞ hələ də Rusiya və Çinin qarşısında acizdir

 09:42 25.10.2023     519

ABŞ-ın Rusiya və Çindən atılacaq qanadlı raketlərdən müdafiəsi üçün sistemləri yoxdur.

Redaktor.az vesti.ru-ya istinadla xəbər verir ki, bunu Yorktown İnstitutunun Təhlükəsizlik Siyasəti Mərkəzinin baş elmi işçisi Stiven Brayen Silah və Strategiya portalındakı məqaləsində bildirib.

O qeyd edib ki, ABŞ ən azı 20 ildə ilk dəfə olaraq 4 hava radar stansiyası tikib quraşdırmaq istəyir. Bundan əlavə, Kanada ölkənin şimal-qərb hissəsi üçün iki əlavə sistem almağı planlaşdırıb.

Nəticədə, uzun mənzilli qanadlı raketlərin erkən aşkarlanması və izlənilməsi imkanlarını təmin etmək üçün altı sistem tələb olunacaq.

TASS xəbər verir ki, Birləşmiş Ştatlar bu raketlərin necə vurulacağına dair hələ dəqiq plan hazırlamayıb.

NƏRGİZ