"HƏMAS təslim olsa belə, İsrail əməliyyatını dayandırmayacaq" - SƏBƏB

"HƏMAS təslim olsa belə, İsrail əməliyyatını dayandırmayacaq".
Redaktor.az "TASS"a istinadla xəbər verir ki, bunu Fələstinin Özbəkistan və Qırğızıstandakı səfiri doktor Cavad Avad deyib.
"İsrailin hazırda etdiyi hər hansı bir qrupa, xüsusən də HƏMAS-a qarşı mübarizə deyil. Qəzza zolağında qalan Fələstin əhalisini Sinay səhrasına qovmaq üçün Fələstin xalqına qarşı müharibədir",- deyə o qeyd edib.
Həmidə İBRAHİMLİ