Pişik ətini donuz və qoyun əti adıyla satacaqdılar - YAXALANDILAR

 10:10 25.10.2023     390

Çində polis 1000-ə yaxın pişiyi yük maşını ilə qəssabxanaya aparılarkən yolda xilas edib.

Redaktor.az "CNN"ə istinadla xəbər verir ki, fırıldaqçılar pişik ətini donuz və qoyun əti kimi satmaq niyyətində olublar.

Polis və kənd təsərrüfatı orqanları pişikləri yaxınlıqdakı sığınacağa göndəriblər.

Məlumatda həbslərin olub-olmaması, pişiklərin sahibsiz və ya ev heyvanları olub-olmadığı qeyd edilmir.

Həmidə İBRAHİMLİ