"Fələstinlilərin müqaviməti terrorizm kimi qiymətləndirilə bilməz, qanunidir" - Pakistan

 10:27 25.10.2023     301

Pakistanın BMT-dəki nümayəndəsi bildirib ki, İsrailin işğalı altında olan Fələstin xalqının mübarizəsi beynəlxalq hüquq normalarına uyğundur və terrorizm hesab edilmir.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə BMT Təhlükəsizlik Şurasında Yaxın Şərqdəki vəziyyətlə bağlı açıq debatında bildirib.

“Pakistan terrorizmin bütün forma və təzahürlərini pisləyir, lakin beynəlxalq hüquqa əsasən, işğal altında yaşayan xalqların öz müqəddəratını təyinetmə və milli azadlıq uğrunda mübarizəsi qanunidir və terrorizm kimi qiymətləndirilə bilməz”.

Diplomat münaqişənin hər iki tərəfini “dərhal və qeyd-şərtsiz atəşkəsə” çağırıb və həmçinin BMT Təhlükəsizlik Şurasının atəşkəs üçün vahid çağırış edə bilməməsindən təəssüfləndiyini bildirib.

O, bəyan edib ki, “bu Şurada təmsil olunan bəzi dövlətlər Fələstində işğal olunan ərazilərin sakinlərinin zorakılıqla sıxışdırılması ilə məşğul olan müttəfiqlərinə yardım edir”.

NƏRGİZ