İran vətəndaşı Ermənistan həbsxanasında öldürüldü

 13:11 25.10.2023     276

Ermənistanda həbsxanada 67 yaşlı İran vətəndaşı öldürülüb.

Redaktor.az Shamshyan.com-a istinadən xəbər verir ki, oktyabrın 21-də saat 06:30 radələrində polisə komada olan əcnəbinin xəstəxanada öldüyü barədə siqnal daxil olub.

Mərhumun 67 yaşlı İran vətəndaşı Vanud Aradinejad olduğu müəyyən edilib.

Həmin şəxsin məhkumlar üçün olan xəstəxanadan gətirildiyi bildirilib.

Hadisə ilə bağlı “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb.(APA)