“Yaxın Şərqdə daha pis ssenarini görə bilərik” - Hakan Fidan

 13:20 25.10.2023     237

“Yaxın Şərqdəki durumla bağlı risk getdikcə artır. Daha pis ssenarini görə bilərik”.

Redaktor.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərdə həmkarı Şeyx Məhəmməd İbn Əbdürrəhmanla birlikdə keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib.

O, İsrail və HƏMAS-ı sülhə çağırıb: “Danışıqlar nə qədər tez olarsa, o qədər yaxşıdır. Əks halda, daha çətin olacaq. Bəşəriyyət indi böyük bir sınaqdan keçir. Bu sınaqdan uğursuz keçə bilmərik. Belə bir şansımız yoxdur”.

H.Fidan çıxışı zamanı, həmçinin Qərb ölkələrinin mövqeyini tənqid edib.