"Moskva Krımı Ukraynaya qaytarmalıdırsa, o zaman Praqa Sudetlə vidalaşmalıdır" - Medvedevdən SENSASİON AÇIQLAMA

 15:56 25.10.2023     373

Moskva Krımı Ukraynaya qaytarmalıdırsa, o zaman Praqa Sudet vilayəti ilə vidalaşmalıdır.

Redaktor.az vesti.ru-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

O, Çexiyanın xarici işlər naziri Yan Lipavskinin “1991-ci il sərhədləri haqqında” bəyanatını tənqid edib: "Həqiqətən, onlar cəsur, lakin beyinsiz insanlardır", - Medvedev qeyd edib.

Bildirək ki, çexiyalı diplomat “Krım platforması” beynəlxalq parlament forumunda rəsmi Kiyevi dəstəklədiyini bildirib və dünya ictimaiyyətini Ukraynanı unutmamağa çağırıb. Nazir Moskvanı hədələyərək deyib ki, yarımadanın Rusiyaya birləşdirilməsi faktı heç vaxt beynəlxalq səviyyədə tanınmayacaq.

NƏRGİZ