"Dünya ictimaiyyəti Qəzza zolağının qurbanlarına münasibətdə ikili standartlar nümayiş etdirir" - Qətər lideri
Qətər hökumətinin başçısı dünya ictimaiyyətini ikili standartlarda ittiham edib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, Qətər hökumətinin başçısı və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani Qəzza zolağı və Ukraynadakı münaqişələrin qurbanlarına fərqli münasibət nümayiş etdirildiyini bildirib.
“Bu gün 2 milyondan çox fələstinli su, qida, dərman və elektrik enerjisi kimi əsas ehtiyaclardan məhrumdur, lakin beynəlxalq ictimaiyyət, təəssüf ki, Qəzza zolağının qurbanlarına münasibətdə ikili standartlar nümayiş etdirir. Qəzzada öldürülən uşaqların sayı Ukraynada öldürülən uşaqların sayından çoxdur, lakin biz eyni reaksiyanı görmürük", - deyə o, qeyd edib.
NƏRGİZ