Rişi Sunak Qəzzada atəşkəsin əldə olunmasına qarşı çıxdı - "İsrail bu hüquqa malikdir"
Böyük Britaniyanın baş naziri Rişi Sunak Qəzzaya yardım üçün döyüşün dayandırılmasını dəstəkləsə də, İsrail və HƏMAS arasındakı müharibədə tam atəşkəs çağırışlarına qarşı çıxıb.
Redaktor.az bu barədə news.am-a istinadla xəbər verir.
Onun sözlərinə görə, İsrail HƏMAS-ın oktyabrın 7-dən başlatdığı hücumuna hərbi cavab vermək hüququna malikdir.
O qeyd edib ki, Britaniya rəsmiləri və BMT-dəki müttəfiqlər Qəzza zolağına yardımın göndərilməsi və Britaniya vətəndaşlarının və digər xarici vətəndaşların zolağı tərk etməsinə icazə vermək üçün “atəşkəsdən başqa xüsusi fasilələr”i müzakirə ediblər:
"Beynəlxalq hüquqa uyğun olaraq mülki şəxslərin müdafiəsi üçün hər şey edilməlidir",- deyə əlavə edib.
NƏRGİZ