Çində səkkiz yeni təhlükəli virus AŞKAR EDİLDİ

 19:58 25.10.2023     342

Çin alimləri tropik Haynan adasında insanlar üçün potensial təhlükə yaradan səkkiz yeni virus aşkar ediblər.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, araşdırmanın nəticələri Virologica Sinica jurnalında dərc olunub.

Mütəxəssislər adada yaşayan və 6 növə aid olan 341 gəmiricini təhlil ediblər. Tədqiqat zamanı elm adamları səkkiz yeni virus aşkar ediblər. 

Müəlliflər qeyd ediblər ki, bu viruslar nə vaxtsa növ baryerini keçərsə, insanlara yoluxma ehtimalı yüksəkdir.

Yusif EYVAZLI