Zelenski Aİ sammitində çıxış EDƏCƏK

 21:58 25.10.2023     316

Ukrayna prezidenti Vladimir Zelenski oktyabrın 26-27-də Brüsseldə keçiriləcək Avropa İttifaqı sammitində çıxış edəcək. 

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, o, bu barədə dövlət başçısının Telegram kanalında yayımlanan videomüraciətində məlumat verib.

"Sabah mənim cədvəlimə Aİ ölkələrinin liderləri səviyyəsində Avropa Şurasının iclasında iştirak daxildir ", - Zelenski deyib.

İclasda Ukrayna prezidenti Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi məsələsini qaldırmağı planlaşdırır.

Yusif EYVAZLI