Bu ölkə Qəzza zolağına humanitar yardım göndərəcək

 09:19 26.10.2023     322

Avstraliya Qəzza zolağına 9,4 milyon dollar həcmində yardım göndərir.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Avstraliya hökuməti məlumatı yayıb.

"Vəsaitlər etibarlı tərəfdaşlarımıza göndərilərək əsas ehtiyacların ödənilməsinə yardım ediləcək. Qida, su və dərman alınacaq", -  deyə Avstraliyanın xarici işlər naziri Penni Vonq bildirib.

Qeyd edək ki, oktyrabrın 7-dən başlayaraq İsrail və HƏMAS arasında qarşıdurmalar yaşanır. Hər iki ölkədə mülki əhali də daxil olmaqla xeyli sayda ölü və yaralı var.

Humay İSGƏNDƏRLİ