Makron indi də Qazaxıstana gedir
Fransa prezidenti Emmanuel Makron noyabrın 1-də Qazaxıstana səfər edəcək.
Redaktor.az "TASS"a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin mətbuat xidməti məlumat yayıb.
“2023-cü il noyabrın 1-də Prezident Kasım-Jomart Tokayevin dəvəti ilə Fransa Prezidenti Emmanuel Makronun Qazaxıstana rəsmi səfəri baş tutacaq”, - məlumatda deyilir.
Bildirilib ki, səfər zamanı iki ölkə liderləri ticarət-iqtisadi, investisiya və enerji əməkdaşlığının gücləndirilməsinə dair danışıqlar aparacaq, beynəlxalq və regional gündəlikdəki məsələləri müzakirə edəcəklər.
Həmidə İBRAHİMLİ