Hizbullah ABŞ-ın Suriyadakı hərbi bazasına hücum etdi

 09:55 26.10.2023     229

“Kətaib Hizbullah” qruplaşması Suriyanın şimal-şərqindəki ABŞ hərbi bazasına hücum edib.

Redaktor.az "TASS"a istinadla xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Məlumata görə, hücum cümə axşamı gecə Həsəkə vilayətində Əbu Həcər aerodromunda yerləşən Amerika hərbi bazasına edilib.

Hadisə barədə təfərrüatlar verilmir.

Bir gün əvvəl NBC News telekanalı ABŞ Mərkəzi Komandanlığına istinadən xəbər vermişdi ki, ötən həftə İraq və Suriyadakı ABŞ bazalarına pilotsuz təyyarələrin hücumu nəticəsində 20-dən çox amerikalı hərbçi yaralanıb.

Qeyd olunub ki, Suriyadakı əl-Tanf bazasında 20 əsgər, İraqdakı Ayn əl-Əsəd bazasında isə daha 4 əsgər yaralanıb. Bundan əvvəl ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder oktyabrın 17-dən 24-dək ABŞ və koalisiya qüvvələrinin İraqda 10, Suriyada isə 3 dəfə hücuma məruz qaldığını təsdiqləyib.

Həmidə İBRAHİMLİ