ABŞ Yaxın Şərqdəki münaqişə səbəbindən cinayətlərin artdığını bildirir

 10:26 26.10.2023     275

Federal Təhqiqatlar Bürosu (FTB) Yaxın Şərqdəki münaqişələr səbəbindən ABŞ-da cinayətlərin sayının artdığını bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə “Politico” yazır.

Nəşr FTB-nin hesabatından sitat gətirir ki, agentliyin yəhudi, müsəlman və ərəb icmalarına və qurumlarına qarşı təhdidlər barədə hesabatlarda artım müşahidə olunub.

"Son hadisələr Yaxın Şərqdəki hadisələrə cavab olaraq fərdlərə və qurumlara qarşı potensial hücumların ehtimalını artırıb",- deyə ABŞ təhlükəsizlik rəsmiləri xəbərdarlıq edib. 

Departament qeyd edib ki, islam cihadçıları və İŞİD Amerika cəmiyyətində münaqişə oyatmağa və müxtəlif ölkələrdə yəhudilərə qarşı hücumlar təşkil etməyə çalışırlar. Üstəlik, artıq ABŞ-da antisemitizm və ya islamofobiya ilə bağlı bir neçə hücum baş verib.

Həmidə İBRAHİMLİ