İsrail Qəzzada tanklarla reyd keçirir

 10:41 26.10.2023     328

İsrail Müdafiə Ordusu Qəzza zolağının şimalında tanklardan istifadə etməklə reyd keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

"İsrail Müdafiə Ordusu döyüş əməliyyatlarının növbəti mərhələsinə hazırlıq çərçivəsində gecə Qəzza bölgəsinin şimalında tanklardan istifadə etməklə məqsədyönlü reyd keçirib. Reyd bitdikdən sonra əsgərlər bu bölgəni tərk ediblər", - məlumatda deyilir.

Bundan başqa, İsrail Müdafiə Ordusunun Qəzza zolağının şimalında HƏMAS-ın hədəflərinə zərbə endirdiyi deyilir.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.