İran bu məqsədlə Ermənistana dəstək olurmuş

 11:00 26.10.2023     331

İran və Ermənistanın yaxınlığı, mədəni və iqtisadi əlaqələri, eləcə də Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü Tehranın İrəvanın sanksiyaları neytrallaşdırmaq imkanından istifadə etməsi üçün müsbət zəmin yaradıb.

Redaktor.az "Hraparak"a istinadən xəbər verir ki, bu barədə “BazarNews” analitik saytı öz məqaləsində yazıb.

"BazarNews"un məqaləsində qeyd olunur ki, Ermənistanın İran İslam Respublikası ilə coğrafi və sərhəd yaxınlığı, bu iki ölkə arasında son üç onillikdə sıx və sabit siyasi əlaqələr, İranda erməni soydaşların olması, Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzv olması, eləcə də Ermənistanın Avropa İttifaqı ilə ticarət müqavilələri, İran məhsullarının Avrasiya və Avropaya təkrar ixracına imkan verən Araz Azad Ticarət Zonası kimi diqqətəlayiq imkan və üstünlüklərin olması bu iki ölkəni birləşdirən amillərdir.

İran tərəfi düşünür ki, Ermənistan onlar üçün iqtisadi və kommersiya baxımından sanksiyaların neytrallaşdırılmasına kömək edə bilər. 

NƏRGİZ