Bayden Çinin xarici işlər naziri ilə görüşəcək

 12:00 26.10.2023     207

ABŞ Prezidenti Co Bayden bu həftə Ağ Evdə Çinin xarici işlər naziri Van Yi ilə görüşəcək.

Redaktor.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Məlumata görə, Baydenin Yi ilə görüşü noyabrda Çin Prezidenti Si Szinpinlə görüşünün əsasını qoya bilər.

Çinin xarici işlər naziri ABŞ-a səfəri çərçivəsində Vaşinqtonda ABŞ Dövlət katibi Entoni Blinken və Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla da görüşlər keçirəcək.