Abdullahian BMT-yə MÜRACİƏT ETDİ

 13:42 26.10.2023     272

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığı ofisinə çağırış edib.

Redaktor.az xəbər verir ki, bu barədə o, özünün "X" hesabında dərc olunmuş bəyanatında deyir.

O, fələstinlilərin hüquqlarını qorumağa və İsraili hərbi cinayətləri saxlamağa çağırıb.

İranın xarici işlər naziri BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türkə ünvanladığı məktubda sionist rejimin fələstinlilərin hüquqlarını kobud və sistematik şəkildə pozmasını pisləyib: "İran BMT-dən təcili addımlar gözləyir. Zorakılığı dayandırmaq və onları məsuliyyətə cəlb etmək lazımdır".

Məktubda deyilir: “Cəzasızlıq İsraili cinayətlər törətməyə təşviq edir və beynəlxalq ictimaiyyət, o cümlədən BMT-nin insan haqları üzrə ali orqanı onun məsuliyyətə cəlb olunması üçün öz məsuliyyətini ciddi qəbul etməlidir”.

Abdullahian vurğulayıb ki, İsrail hakimiyyətinin ritorikası və Qəzza zolağında davamlı hərbi əməliyyatlar Fələstin xalqının mütəşəkkil soyqırımı kampaniyasına dəlalət edir.

NƏRGİZ