"Paşinyan addım-addım bu ssenarini reallaşdıracaq" - Zatulin

 15:30 26.10.2023     459

Ermənistanın baş naziri Nikol Paşinyan tədricən Rusiya hərbi bazalarını sıxışdırıb çıxaracaq, onların yerinə Qərb bazalarını yerləşdirəcək.

Redaktor.az xəbər verir ki, bunu "NSN" ə müsahibəsində Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin deyib.

Zatulin hesab edir ki, Paşinyan həm Rusiya ilə münasibətləri, həm də hərbi bazalarla artıq hər şeyi həll edib.

“Paşinyan Rusiya ilə bağlı mövqeyini çoxdan qərarlaşdırıb. Sadəcə əsl niyyətlərini dərhal elan etmədi. O, indi  Qarabağda baş verən faciədən istifadə edib, günahı Rusiyanın üzərinə yıxmaq istəyir. O, Qərbə üz tutmasını məhz belə izah edir. O, Rusiya ilə hesablaşmaq və müttəfiqlikdən çıxmaq üçün əlverişli məqamın yetişdiyini, bölgəyə başqa qüvvələri də dəvət etməyi düşünür. O, ümid edir ki, onun davranışı Qərbdə yüksək qiymətləndiriləcək və Qərb ona hakimiyyətdə qalmasına kömək edəcək”.

Konstantin Zatulin qeyd edib ki, Paşinyan ardıcıl olaraq yeni müttəfiqlərin tələb və istəklərinə eyham vuraraq Rusiya bazalarını “qovacaq”:

“Rusiya bazasına gəlincə, o, hərbi bazanın çıxarılması məsələsini hələ də qaldırmayıb. Lakin artıq Ermənistan ərazisində bazaya malik olmaqdan uzaqlaşmaq istədiyini açıq şəkildə bəyan edib. O, məsələn, yeni müttəfiqlərin öz bazalarını yerləşdirməkdə maraqlı olduqlarını izah edərək, Rusiya bazasını sıxışdıracaq. Addım-addım bu ssenari reallaşacaq”, - deyə deputat izah edib.

NƏRGİZ