İran Xarici İşlər Nazirliyi ABŞ-a XƏBƏRDARLIQ ETDİ
İran Xarici İşlər Nazirliyi ABŞ-a onun obyektlərinə hücumlarına ağla gətirməyəcəyi cavabı verəcəyi barədə xəbərdarlıq edib.
Redaktor.az “Vedomosti”yə istinadən xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Məhəmməd Həsən Şeyx Ol-İslami Minskdə jurnalistlərə açıqlamasında deyib.
Əgər ABŞ İrana və onunla əlaqəli infrastruktura zərbə endirərsə, cavab ağlasığmaz olacaq.
"Qəzza zolağının sakinlərini qorumaq üçün bütün ölkələr lazımi tədbirləri görməlidir. ABŞ-ın bizi hədələməsi ilk dəfə deyil, biz gündəlik təhdidlərə öyrəşmişik. Amma hər halda, əgər bu baş verərsə, bu cür səhvlərə yol versələr, İranın cavabı bütün təsəvvürlərdən kənar olacaq”, - deyə Ol-İslami bildirib.
NƏRGİZ