"Aİ-nin büdcəsinə yenidən baxılmalıdır"

 16:40 26.10.2023     289

Aİ Ukraynaya və Qəzza zolağının əhalisinə yardım göstərmək, həmçinin miqrasiya axınının öhdəsindən gəlməyə  vəsait tapmaq üçün büdcəyə yenidən baxmalıdır.

Redaktor.az  TASS-a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Aİ-nin Brüsseldə keçirilən ikigünlük sammitinə gələrkən deyib.

"Avropa Komissiyası qətiyyətlə hərəkət edir. Biz Ukraynanı dəstəkləyirik, Qəzzə əhalisinə kömək edirik, miqrasiyanın öhdəsindən gəlmək üçün çox çalışırıq. Bütün bunlara maliyyə lazımdır, ona görə də mən Aİ-nin büdcəsinə yenidən baxılmasını təklif etdim və bu, sammitdə müzakirə olunacaq”.

NƏRGİZ