Qəzzada baş verənlər Ukraynanı arxa plana keçirdi

 16:58 26.10.2023     215

Ukrayna İsrail və Fələstin arasındakı münaqişə fonunda arxa plana keçib, Kiyev medianın diqqətini və müttəfiqlərinin dəstəyini itirir.

Redaktor.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Bildirilib ki, Ukrayna təkcə mətbuatın deyil, həm də silah-sursatın tədarükündə “diqqətdən kənarda” qalıb. ABŞ Prezidenti Co Baydenin həm Kiyevi, həm də Təl-Əvivi dəstəkləmək vədlərinə baxmayaraq, yəhudi dövləti son nəticədə Ukrayna ordusuna göndərilən silahlara ehtiyac duya bilər.