Paşinyan Rusiyanın iştirak etdiyi bütün platformalardan "qaçır" - Erməni mətbuatı

 17:17 26.10.2023     273

Xarici çağırışlara və qlobal problemlərə öz aktuallığını və müqavimətini praktikada sübut edən Avrasiya İqtisadi İttifaqı (Aİİ) yeni çoxqütblü dünyanın mərkəzlərindən birinə çevrilir.

Redaktor.az xəbər verir ki, bu sözləri Rusiyanın Baş naziri Mixail Mişustin deyib.

Mişustin qeyd edib ki, Aİİ-nin mövcud olduğu dövrdə beş ölkə arasında qarşılıqlı ticarət təxminən iki dəfə, sənaye istehsalı isə 20 faiz artıb.

Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqı beynəlxalq inteqrasiya iqtisadi birliyidir. Bu birliyə Rusiya, Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan ölkələri daxildir.

Bu gün Bişkekdə Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının iclası keçirilib. Ermənistanı baş nazirinin müavini Mher Qriqoryan təmsil edir.

"Hraparak" əvvəllər Paşinyanın belə görüşlərdə daima iştirak etdiyini yazaraq onun artıq on ikinci dəfədir ki, prezidentlərin və baş nazirlərin görüşlərində iştirakdan imtina etdiyini təəssüflə qeyd edib.

NƏRGİZ