Ermənistanda hərbi polis rüşvət aldı - HƏBS EDİLDİ

 17:56 26.10.2023     272

Ermənistan Antikorrupsiya Komitəsi Martuni Rayon Hərbi Polisinin başçısını rüşvət aldığı üçün həbs edib.

Redaktor.az “Aysor”a istinadən xəbər verir ki, bu barədə Antikorrupsiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, o, 570 000 dram (2 500 manata yaxın) rüşvəti bank hesabına köçürmə yolu ilə alıb.

Məlumata görə, ibtidai istintaq zamanı aparılan axtarış zamanı Martuni Rayon Hərbi Polisinin vəzifəli şəxslərinin iş otaqlarında qanunsuz döyüş sursatı aşkar edilib.

Vurğulanıb ki, 2023-cü il oktyabrın 26-da baş verən bu hadisə ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin Martuni ərazi hərbi polis idarəsinin rəisi E. A.-dan başqa daha iki nəfərin adı hallanır.