Misir ərazisinə raket zərbəsi - Yaralılar var

 09:03 27.10.2023     312

Misirin Cənub Sina mühafəzəsinin Taba yaşayış məntəqəsinə raket düşüb.

Redaktor.az xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.

Bildirilib ki, hadisədə beş nəfər yaralanıb.

"Reuters" agentliyi isə mənbəyə istinadən qeyd edib ki, İsrail ordusunun insidentdən xəbəri var.

“Təhlükəsizliklə əlaqəli insidentdən xəbərdarıq, lakin o bizim sərhədimizin xaricində baş verib”, – hərbçilər bildirib.