İsrail polisə yol kəsənlərə atəş açmağa icazə verəcək

 09:33 27.10.2023     255

İsrail hökuməti hərbi əməliyyatlar zamanı yolları bağlayan sakinləri öldürmək üçün polisin atəş açmasına icazə vermək istəyir.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə İsrailin dövlət televiziya və radio şirkəti məlumat yayıb.

Ölkənin baş prokuroru Qali Baharav-Miara milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin təklif etdiyi müvafiq qanunun qəbulunu sürətləndirməyə razılaşıb.

 Belə ki, polis etirazçılara həqiqi güllə atmaq üçün yalnız yüksək səviyyəli zabitdən icazə almalıdır.

Humay İSGƏNDƏRLİ